Burda bir gül kolu gördüm
Burda bir gül kolu gördüm;Yarpaqlar qan içində.Baxdım, sağı-solu gördüm,Torpaqlar qan içində.
Burda dava çoxdan bitib,Hər yanda çal-çağırdı.Ölən ölüb, itən itib,Bayraqlar qan içində.
Burda hamı uşaq kimiPay verməsən küsəndi."Ağıllılar" baş kəsəndi,"Axmaqlar" qan içində.
Tutalım ki, mən aşığam,Axı necə saz çalıb?!Simlər qırıq, mizrab sınıq.Barmaqlar qan içində.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-burda-bir-gul-kolu-gordum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızı
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
YerdəyişməLap «Sazəndələr» kimiİlin, günün bu çağında,
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,