Daş çatmadı bu divara
Hərə bir daş qoydu bura,Mən də öz daşımı qoydum.Daş çatmadı bu divara,Axırda başımı qoydum.
Burda məni tapmaz artıqNə bədbaxtlıq, nə xoşbaxtlıq,Öz başıma qonan Şahlıq,Şairlik quşunu qoydum.
Bu divar qalxdı, ucaldı,Yoxsa yenə borclu qaldım?!Əlimi cibimə saldım,Qəpik-quruşumu qoydum...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-das-catmadi-bu-divara
Use ← → keys to move, R for a random poem