Mən ki, baxtımdan küsmədim,Neyləyim, budu qismətim,Dünyanın ən fağır itiMəni görəndə şir olur.

Hesablama itənləri,Gələnləri-gədənləri,Yaxşı-pis ötən günlərinAxır adı "ömür" olur.

Hər ömür tələdi-tələ,İçində çırpınır hərə;Ya özün dönürsən külə,Ya da, başına kül olur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets