Hayana yol alsam, yolum başlayıroğlumun gözlərindən.Gün çıxır, ay doğur, ulduzlar yanır,qar yağır, dolu başlayıroğlumun gözlərindən.

Tutur, yeri-göyü tutur gözləri,Keçdiyim yolları udur gözləri,doymur ki, doymur.Kirpikləri bitir yol qırağında,məni yolumdan çıxmağaqoymur ki, qoymur.

Yanında üzüm ağdı, alnım açıqdı, Allah,məni hər günahdan oğlum saxlayır.Bu yol niyə belə palçıqdı, Allah,yoxsa hayandasa oğlum ağlayır?!

Ağlayır -göz yaşı düşür yoluma...Yaş içində gəzirəm, mənim balam.Gözlərindənişıq düşür yoluma,

Yumma gözlərini, yumma,azaram, mənim balam.

Nə vardı, nə yoxdu gözlərinəcən?Dünya qaranlıqdı gözlərinəcən.Tanrı mənibu insan yuvasına atınca.Gəlib səningözlərinin işığına çatınca,Ömrümün otuz üç ilini keçdim,keçdim qaranlıqda əl havasına.

Daha səndən gizli deyildünyada bir addımım,Gizlənə bilmərəm dahagözündən, mənim balam.Bir tanrıdısevə-sevə qorxduğum,Bir də, sənsən -bu dünya üzündə, mənim balam.

Nə yaxşı ki,tanrıdan da özgə bizi görən var;Yolumuza işıq salırbalaların gözləri.Öz yolunu azanlarınbalaları kor qalar,Qaranlıqda itib-batarataların özləri.

...Balalara tanrı qıymaz!..Yox, batsaq da günaha, -

Qaranlıqda yanır hələbalaların gözləri çıraq-çıraq.Tanrı bizi görmür daha,Ümid yoxdu Allaha, -qaranlıqdan bizi ancaqbalalar çıxardacaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love