Çərpələng uçuran bir uşaq kimi
Dörd yanın bomboşdu ağ varaq kimi,özündən savayı kimin var daha?Çərpələng uçuran bir uşaq kimibağla ümidini göydə Allaha.
Ümid sapdan nazik... Soruşma, kimdibu sapla Allaha səni bağlayan?Bəlkə Allahın da sənsən ümidi,sənsən göy üzündə onu saxlayan.
Uzaqdan uzanır şeytan barmağı,uzanır o sapı qırmaqdan ötrü.Allahın qulusan, qoru Allahı,qoru özünü də Allahdan ötrü.
Deyirsən, neyləyim, azalıb gücüm,nə çoxdu Allaha qəbir qazanlar.İlahi, nə çoxdu sənə and içibməni söyə-söyə daşa basanlar.
Bir qarış tərtəmiz göyün qalmayıb,ha göyə baxıram, görmürəm səni.
Daha yorulmuşam, heyim qalmayıb,neyləyim, saxlaya bilmirəm səni.
Qollarım keyiyir, quruyur, Allah,əllərim üzülür bu çərpələngdən.Bu sapı boynuma dolayım, Allah,qoy asım özümü bu çərpələngdən.
Küsmərəm ölüm də olsa qismətim,qulun haqqı nədi payından küsə?Bəs bu sap əlimdə niyə titrədi,ilahi, eşitdin məni bəlkə sən?!.
Nə yaxşı, gün çıxdı, açıldı baxtım,gördün öz qulunu gözünlə, Allah.Bir boy da ucaldın, bir boy da qalxdın,məni də qaldırdın özünlə, Allah.
Uçuruq, göy üzü yenə tərtəmiz,dünyaya "əlvida" deyib gedirik.Gedirik, ilahi, bu dünyanı bizAllahsız, Şairsiz qoyub gedirik...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-cerpeleng-ucuran-bir-usaq-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
پس فرشته نصرت از امر قدیرشد فرو از ذروهٔ بالا به زیر
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Soruşma halımı, ey dil, bu halım çox pərişandırSoruşma halımı, ey dil, bu halım çox pərişandır,Fəraqi-yardə əzbəs çəkib qəm, könlüm al-qandır.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.