Ümidim yox bir adama
Ümidim yox bir adama,Tanrı çatacaq dadıma,Yenə salacaq yadına,Yenə dindirəcək məni.
Mən əlinə düşən kimi,Sevinəcək uşaq kimi,Bir sınıq oyuncaq kimiBir də qondaracaq məni.
Saçlarıma dən salacaq,Ürəyimə qəm salacaq,Yenə əlindən salacaq,Yenə sındıracaq məni...
Mən ki qəfəsləri açıbUçurtdum dustaq quşları.Bəs onda göydən başımaKim yağdırdı bu daşları?!
Küsən dostu mən dindirdim,Ağlayanı sevindirdim,Mələklərə evləndirdimÜzü dönük qardaşları.
…Yoxuydusa bir qonağı,Bu nə evdi tikdim axı?Kimdən ötrü əkdim axıBu kölgəsiz ağacları?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-umidim-yox-bir-adama
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
COBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən