Çıxdıq zülmətdən işığa,Tanrı bizə ömür verdi.Özgələrə -danışmağa,Bizə -susmağa dil verdi.

Qıfıl asdı dilimizdən,Qalxdıq, basdı belimizdən.Nə aldısa əlimizdən -Əvəzində səbir verdi.

Çox ömrü toya döndərdi,Kimini aya göndərdi,Bizi də suya göndərdi -Əlimizə xəlbir verdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets