Əli Allah ətəyində
Əli Allah ətəyində,Günahı var mələyin də...Sevgini qız ürəyindəƏkən kimdi, dərən kimdi?
Min günaha bata-bataÖmrünü sürür hər adam,Kimdi yanımızda yatan,Yuxumuza girən kimdi?
Göy üzü aylı-ulduzlu,Allah baxır gizli-gizli,"Bəlkə bir Allah təmizdi?" -Görən kimdi?.. Bilən kimdi?!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-eli-allah-eteyinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Soxtalar
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Mənim NaxçıvanımSinəmdə o yerin dağ havasıdır,Qaynar bulaqları qaynar qanımda.
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,