Sən qapıdan çıxanacan
Sən qapıdan çıxanacanBütün yollar bağlanacaq.Gözündən yaş axanacanBütün qəmlər ağlanacaq.
Sevinənlər sevinəcək,Sevilənlər seviləcək,Neçə sağlıq deyiləcək,Neçə baş sığallanacaq.
Qaçanda hər şeyin dadı,Yeməyin, içməyin dadı,Bu süfrədə sənin adınAxır ki, soraqlanacaq.
Bu dünyanın var-yoxundan,Savabından, günahından,Kababından, arağındanSənə də pay saxlanacaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-sen-qapidan-cixanacan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eylər
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
İsmətİsmət – qız üzünün zövqü, bəzəyi,Gəlinin müqəddəs çarpan ürəyi,
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.