Sevmədiyim qadınlarıngözəli də çoxuydu.Hərəsi bir şirin nağıl,hərəsi bir yuxuydu.

Əllərimi tellərinə vurmadım,Həsrət çəkib ürəyimi yormadım,Boyun büküb yollarında durmadımsevmədiyim qadınların.

Sevmədiyim qadınlarınneçələri sevildi,Toy çalındı,şəhərlərin küçələri sevindi,Neçələriər evində təpikləndi, söyüldüsevmədiyim qadınların.

Sevmədiyim qadınlarlaaşıb-daşır yer üzü,Yer üzününYerevanı, İstambulu, Parisi,Atdı Eyfel qülləsindən özünüsevmədiyim qadınların birisi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets