Çəp-çəp baxır göylər bizə
Çəp-çəp baxır göylər bizə,Yağışlar çəpəki yağır.Ölənəcən belimizəTaleyin təpiyi yağır.
Daşlayırıq göy üzünü,Mələklər göydə diksinir,Qanadları sınır, sınır,Ağappaq lələyi yağır.
Yerdən göyə baxa-baxaDeyirik ki: "Qardı yağan..."...Mələklər qırılıb daha,Lələklər, hələ ki, yağır...
Bu şəhərə düşən axşamBir ağrıyan can kimidi.Göy üzündə qızarışanUlduzlar çiban kimidi.
Allah da göydə təkdi, tək,Onun da dərdini çəkək,Bu dünyada dərdsiz ürəkSusuz dəyirman kimidi.
...Qapı çırpıldı yenə də...Tüpürüb dərdə-qəmə də,Bu dünyadan gedə-gedəQapını çırpan kim idi?!.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-cep-cep-baxir-goyler-bize
Use ← → keys to move, R for a random poem