Qanadım var, göyüm var,Quşam, qəfəsim yoxdu.Uçmağa hər şeyim var,Təkcə həvəsim yoxdu.

Yol getməyə yolum var,Qulluğum var, qulum var,Xərcləməyə pulum var,Təkcə həvəsim yoxdu.

Nə dərd var, nə əzab var,Nə hirs var, nə qəzəb var,Ölməyə yüz səbəb var,Təkcə həvəsim yoxdu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets