Çocuqlarım, bağışlayın alışmadan sönənləri,Çocuqlarım, alqışlayın alçaqlığı yenənləri!

Bağışlayın, çocuqlarım, əyri yoldan dönənləri,Alqışlayın, çocuqlarım, zəfər dolu dünənləri!

Çocuqlarım, bağışlayın, qocalıb deyinənləri,Alqışlayın, çocuqlarım, müjdələrlə dinənləri!

Alqışlayın, çocuqlarım, ulusla öyünənləri,Alqışlayın ürəkləri yurd üçün döyünənləri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets