Ana yurd
Odum, közüm yurdum,Gülən üzüm yurdum,Gören gözüm yurdum,Ürək sözüm yurdum!Döyüşdə tək qalsa,Vuran ürək qalsa,Çəkilməz arxandanRəfiq Zəka Xəndan.
Ulus bir incindir,Sənin güvəncindir,Ömür sevincindir,Bir odlu gəncindir,Vurar, yaxar, dağlar,Alovlanar, çağlar.Qalıb Oğuz xandan,Rəfiq Zəka Xəndan.
Sayın deyildir az,Qopuz, davul, ud, saz,Dinincə parlar yaz,Ölüncə ayrılmazKoroğludan qalmış,Qıratla hay salmışQılıncla qalxandan,Rəfiq Zəka Xəndan.
Çağıldayan türküOğulların görkü.Başında yox börkü,İçində yox ürkü,İnanmasan, qorxud!Mənim dədəm Qorqud.Olubmu qorxandan,Rəfiq Zəka Xəndan?!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-ana-yurd
Use ← → keys to move, R for a random poem
More by this author
Könlüm ömrüm boyu dostlarla dolaydı deyirəm,Dost olan dostunu dar gündə bulaydı, deyirəm,
UlutürkSanma tərk oldu Rıza oğlu Xəlil,Bizə görk oldu Rıza oğlu Xəlil!
Sevirəm mən səni candanBir oğulsan, ulusa aşiqsən,Ən gözəl sözlərə sən layiqsən.
20 yanvarHaqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
Poems by other poets
Gözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?