Arazam Kürə bəndəm
İçimdə bir bürkü var,Könlümdə bir türkü var,Gözümdə, aləm bilir,Nə qorxu, nə hürkü var.
Çatılıb qaşım mənim,Ağırdır daşım mənim.Yolumu bağlayanlaBitməz savaşım mənim.
Bu yer mənim yerimdir,Demə, Allah kərimdir!..Bu savaş bir savaş ki,Sonu ölüm-dirimdir!
Arazam, Kürə bəndəm,Qarabağam, Mərəndəm,Təbrizimin qəmiyləBakımda dərdməndəm.
Kürəm, Araza bəndəm,Türkülü saza bəndəm,Qaraqış mənə neylər?Günəşli yaza bəndəm
Qar yağıbdır dizəcən,Bakıdan Təbrizəcən,Yolumu gözləyən var,Dənizdən dənizəcən.
Ayrılığa varalıAraz Kürdən aralı,Dindirmə, qan ağlaram,Yaralıyam, yaralı.
Bu çilə yaman çilə,Çilə, bülbülüm, çilə,Yurd ərmağan deyildirKi ondan vaz keçilə...
Umudları qırdılar,Qəlbləri sıyırdılar,Bir ulusu güneyə,Quzeyə ayırdılar.
Nə əcdadlar ayırdı,Nə övladlar ayırdı,Bizə doğmalar bilir,Bizi yadlar ayırdı.
Arazam mən, Kürəm mən,Bəndimi sökürəm mən,Vay o gündən ki burdaSevincdən hönkürəm mən.
Araz Kürləşəcəkdir,Ulus birləşəcəkdir,O gün canım yurdumaCahan yerləşəcəkdir!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-arazam-kure-bendem
Use ← → keys to move, R for a random poem