Qoyub xəzəldə aləmi,Baharda getdin, eyləmi?Sovuşsun ömrümün qəmiDoğan günəşlə parla, gəl.Bahar gəlir, baharla gəl!

Bahar gəlir, canım-gözüm,Rəvamı gülməsin üzüm?Dolub gecəylə gündüzüm,Sən onları ayarla, gəl,Bahar gəlir, baharla gəl.

Baharla gəl, bahar kimi,Bahar səninlə yar kimi,Ətir qübarı qar kimi,Alovlu laləzarla gəl,Bahar gəlir, baharla gəl.

Könül vüsalı özləyir,Gözümsə yollar izləyir,Gəl, ey mələk ki, gözləyirRəfiqin intizarla, gəl,Bahar gəlir, baharla gəl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring