Bir yurd ki...
Bir yurdu iki çapqın əli parçalayırsa,Yadlar ulusun dərdinə min dərd calayırsa,Yan, yan deyə köksündə ocaqlar qalayırsa,
Düşmənləri qan-qan deyə meydan sulayırsa,Var-dövlətinə sahib olursa, talayırsa,Yurddaşları quldurlara quyruq bulayırsa,Matəm gününü bayram edib, qutlu sayırsa,Bülbüllərinin üstünə bayquş ulayırsa,Soydaşları yad, özgələri doğma sayırsa,Alçaqlar onu qurcalayırsa, dalayırsa,Ölmüş kimidir yurd, nə bilən var, nə gələn varÖlməz o ulus ki, onun uğrunda ölən var!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-bir-yurd-ki
Use ← → keys to move, R for a random poem