Bu dünya, gidi dünya,İlləri yaman keçər.

Öylə bir körpüdür ki,Üstündən zaman keçər.

Minlərlə insan gəlib,Minlərlə insan keçər.

Göz açıb, qapayınca,Gün keçər, dövran keçər.

Dünyadan çirkin, gözəl,Qorxaq, qəhrəman keçər.

Bu yandan şəfəq sökər,O yandan duman keçər.

Dərd keçər, dərman keçər,Ah keçər, aman keçər.

Dünya yalan dünyadırDeyənlərdən yan keçər.

Atalar gözəl demiş:İt hürər, karvan keçər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets