Türklərlə can deyib, can eşidərdi,Hər sözü candandı Cəfər Xəndanın.

Türklüyü səslərdi könül türküsü,Türklüyü qandandı Cəfər Xəndanın.

İnanc bayrağının ulduzu, AyıSökülən dandandı Cəfər Xəndanın.

Türk oğlu türk idi, bütün varlığıDindən, imandandı Cəfər Xəndanın.

Soyu xan soyuydu, dədəsi xandı,Soyadı “Xandandı” Cəfər Xəndanın.

Mənliyi, ilhamı, ürəyi, canıAzərbaycandandı Cəfər Xəndanın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets