Yaman düşüb, nə düşünürYarpaqları düşən söyüd!?Bir ürək kimi üşünürBudaqları şişən söyüd.

Son kan bahar gələndən bəri,Açılmaz könül dəftəri,Bir sümük olub, bir dəriYapışıqlı, qəşəng söyüd.

İçindəki duyğularıSudan duru, aydan arı,Unudub gümüş sularıSularla öpüşən söyüd.

Bağrının başında yara,Qəlbini çəkirlər dara,Uğrayıb bir intizara,Nə qəmlidir o şən söyüd.

Quşlar uçub gəlməz oldu,Ovqatını bilməz oldu,Dinməz oldu, gəlməz olduSoyuqdan büzüşən söyüd.

İstanbul, 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets