Dost sevgisi
Dostu dünyada Rəfiqin demə çoxdur, ey dost,Qələmi düşməninin bağrın oxdur, ey dost,Gözü düşmən sarıdan daima toxdur, ey dost,Düşməni olmayanın dostu da yoxdur, ey dost!
Dost saralmaz bir ağacdır ki verər bar gündə,Bir sərinlik gətirər kölgəsi qızmar gündə,Dayanar dağ kimi arxanda sənin dar gündə,Gündə varsın sənə o, sən də ona var gündə!..
Dostların külfətidir doğma bilən külfətimi,Vermərəm aləmə dostlarla olan ülfətimi,Açaram sərvətə düşgünlərə dost sərvətimi,Saçaram nifrətə layiqlərə öz nifrətimi!
Kəsilən duz-çörəyim düz çörək olmuş ancaq,Bayquşu andıran alçaq əbədi tək qalacaq,Üzünə, yüz yerə getsin, qapılar çırpılacaq,Kimsəsiz qalmış iki başdaşıdır dostsuz ocaq!
Alqış ömrün bağına dostunu bağban edənə,Onu illər boyu karvanına sarban edənə,Dost gələn yolları eşqiylə çırağban edənə,Bircə yol can deməyib, canını qurban edənə!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-dost-sevgisi
Use ← → keys to move, R for a random poem
More by this author
Könlümdən hər gün keçir gözəl Təbrizim mənim,Gözəllikdə, sevgidə əzəl Təbrizim mənim!
Şəhid gəliniQəlbində sənin dursa da bir daş,Qaplan südü içmişdi o yurddaş.
BilsəmVarlıqda yox olmuşdu mənim qayğılı dərdim,Gözlərdə könül məşəlini yandıra bilsəm.
Şerin gözəlliyiOzanlar yurda bağlı insanlar, ey dost,Gözəl konuşmalıdır ozanlar, ey dost!
Poems by other poets
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bâde olmasa ömür ber-bâdadurBâde olmasa ömür ber-bâdadurCâna yârun sohbeti zevâdedür
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.