Həsən Əzizoğluna

Tanrının müridi dünya,Qulların ümidi dünya,Kim deyir ki gidi dünyaDərddən aralı dünyadır?!

Bulaqları ağlar kimi,Gecə-gündüz çağlar kimi,Bağrındakı dağlar kimiDərdi sıralı dünyadır.

Bir dərd bilən həmdəmi yox,Yaxını yox, məhrəmi yox,Yarasının məlhəmi yox,Qəlbi yaralı dünyadır.

Onunla qəm yeyən bilər,Sevib, sevilməyən bilər,Yaşaya bilməyən bilərNə macəralı dünyadır!

Suları gözyaşım kimi,Daşları sirdaşım kimi,Dünya mənim başım kimiAğlı-qaralı dünyadır.

İzmir, 1990

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets