Seçkilər göstərdi ki, hələ yamandır halımız,Böylə getsə bitməyən zülmətdir istiqbalımız.

Məmləkət qan ağlayır, bağrında zillət, neyləsin?!Millətin bir loğmanı yoxdursa, millət neyləsin?!

Yurdumuz, aləm bilir ki, qəhrəmanlar yurdudur,Ordumuz yoxdursa da, türkdaşlarım bir ordudur.

Ordu millətdir bizim millət, ölümdən qorxmarız,Sevgili millət yolunda top-tüfəngə baxmarız.

Uymarız fitvasına iblislərin, casusların,Bir sürü satqın gedər ardınca binamusların.

Haqq deyən bir millətin imdadına haqq gəlməli,Ayla yıldızla gülən üçrəngli bayraq gəlməli!

Ey bugün öz nəfini candan güdənlər, dinləyin,Şöhrəti rüşvətlə almış boş gödənlər, dinləyin!

Tülkülərmi başçısı qurdlarla dolmuş vadinin?Dinləyin şah beytini ustad Məhəmməd Hadinin:

“Bir nişan almaqdan ötrü satmayın bu milləti,Millətin, milliyyətin heç yoxmu sizdə qeyrəti?!..”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland