Ayrı düşmək kimə düşmüşdü ki, düşsün mənə də?Ayrılıq düşdü mənim bəxtimə, erkən düşdü.

Düşdü zülmət, düşəli üstümə şimşək çaxdı,Yıldırım düşdü, aman vermədi, birdən düşdü.

Qara sevdaya düşəndən bəri düşdüm ruhdan,Mən düşən dərdə nə dost düşdü, nə düşmən düşdü.

Sənə dərman, mənə dərd düşdü, düşündüm, gözəlim,Tanrının mərhəməti, qeyzi bizə tən düşdü.

Düşməsin kimsə mənimtək ki, yaman düşdüm mən,Mənə ayrıldı tikanlıq, sənə gülşən düşdü.

Oda düşsəm də, adın əsla dilimdən düşməz,Necə dildən-dilə düşdüm, başıma dən düşdü.

Nə günə düşdü Zəka səndən uzaq düşməklə,Tilsimə düşdü ki, səndən əbədi gen düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation