Bir yaşıl ulduza bənzər bu bahar,Qəmlidir, yalqıza bənzər bu bahar.

Alışan qönçələri nisgilidir,Gözləri yolda olan sevgilidir.

Bir gözəldir ki, gözəllər heyran,Bir gözəllik ki, umulmaz seyran.

Gözlərindən əzəli nur süzülər,Titrəyən pənbə şəfəqlərlə gülər.

Gülləri, qönçələriylə bəzənib,Xilqətin inciləriylə bəzənib.

Qəmlidir, yalqıza bənzər bu bahar,Bir gəlinlik qıza bənzər bu bahar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring