Gedər
Bülbül ağlar gülşən üçün,Qərib ölər vətən üçün.Qürbət eldə vətən deyə,Köynəyini kəfən üçünSatıb gedər, satıb gedər.
Yaş axıdar gilə-gilə,Dağ dayanmaz bu nisgilə.Külə dönər yana-yana,Son nəfəsdə son mənziləÇatıb gedər, çatıb gedər.
Uçar, dirəyi olmayan,Elin gərəyi olmayan,Ürəyi olana sarıl.Səni, ürəyi olmayanAtıb gedər, atıb gedər.
Könül yaşar duyğularda,Arzularda, qayğılarda,Sevgisiz ömür yelkəniBu həyat dolu sulardaBatıb gedər, batıb gedər.
Uy Rəfiqin nəğməsinə,İlhamına, həvəsinə,Sağ ikən unudulsa da,Səsini yurdun səsinəQatıb gedər, qatıb gedər...
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-geder
Use ← → keys to move, R for a random poem
More by this author
Gözüm gülər ana yurda baxınca,Doğma ulus türküləri səsimdir.
Dilimin türküsüdür dalğalanır dörd qütbəDilimin türküsüdür dalğalanır dörd qütbə,Okeanlar kimi dörd üfqə uzanmış ulusum.
Ulu Tanrım kimidir məmləkətimUlu Tanrım kimidir məmləkətim,Ulusun tifsimidir məmləkətim!
Anam nə dildə mənə layla söyləmişsə, o dilAnam nə dildə mənə layla söyləmişsə, o dilKönül sazımda dinir, bir sözüm yabançı deyil!