Nə söyləyir qızılgülə,Nədir düşündürən məni?Bu gül nəfəsli bülbülə,Kim öyrədib bu nəğməni?!

Qırovlanan könülmüdür?Könül tütər, ömür bitər,Alovlanan könülmüdür?Ötər, darılmadan ötər.

Bu bülbülə yaxın gəlin,Neçin budaqda saxlanıb?Qızılgülə baxın, gəlin,Nədən uzaqda saxlanıb?

O, bülbülü tikanlamaz,Tikanlamaz o, bülbülü.Vurulmayanlar anlamazBu odlanan qızılgülü.

Zavallı bülbül inləyir,Nə istəyir? Bilənmi var?Qızılgülə nələr deyir,Nələr deyir? Bilənmi var?!

Nələr deyir qızılgülə?Budur düşündürən məni.Bu gül nəfəsli bülbülə,Kim öyrədib bu nəğməni?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring