Gözəl İstanbulda
Gördüm gözəl İstanbulu, cənnətdir o cənnət,Cənnətdə də olmaz sanıram ondakı ziynət,
Gəzdim gözəl İstanbulu, başdan-başa gəzdim,Üç ay sarılıb boynuna, hər səmtini sezdim.
Dünya geniş, əlbəttə, gözəl bəldəsi çoxdur,Bundan gözəli yerdə də yox, göydə də yoxdur.
Duydum canım İstanbulu, həp varlığı Türkdür,Bir ölkə sığar qoynuna, olduqca böyükdür!
İstanbula daldım, Bakıma bənzəri çoxdur,Orda Bakımın sözləri çox, izləri çoxdur.
Sandım Bakım İstanbula köçmüş, nə səadət!Üzlərdə o şəfqət, o nəzakət, o məhəbbət!
Baxdım adımız bir, soyumuz bir, dilimiz bir,Gördüm odumuz bir, suyumuz bir, elimiz bir.
İstanbulun övladları yurddaşlarımızdır,Bir türkü deyən sevgili türkdaşlarımızdır!
Var ol dedim İstanbula həsrət canımızdan,Candan ona bağlı can Azərbaycanımızdan!
İstanbul, 1984
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-gozel-istanbulda
Use ← → keys to move, R for a random poem
More by this author
Bu üfüqlər ucu yox ümman ki,O qədər boş, o qədər pünhan ki,
Yavaş-yavaş...Andırır yarı gözlərimdəki yaşOyanır sanki varlığımda təlaş,
Bu varlıqdaSevgidir, məncə, bəxtiyarlıq da,Ulusa sevgidən əzəl şey yox.
Bura müstəmləkəmi?!Dedi: müstəmləkədir yurdum, aman, ağlayaraq,Öz əliylə özü öz mənliyini dağlayaraq.
Poems by other poets · Homeland
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
BilirəmMillətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Cavid gəlib, aç qoynunuTale, nə gözəl gündü bu, səninsafa gəldin.