Gündəlik yazılar
Gündəlik mətbuat – sağ şairlərin!Ölən şairlərin əsəri çıxmır.Dövri mətbuatda dağ şairlərinİmzası görünmür, xəbəri çıxmır.
Nizami, Nəsimi, Füzuli vaxtıNə qəzet var idi, nə də ki jurnal.Bizim şairlərin gətirdi baxtı,Qəzetlə, junralla dolub hər mahal.
Həyatdan tarixə köçən ərənlər,Efirdə bizimlə çıxış edirmi?Nə deyir, onlara könül verənlər,Ellərlə görüşə onlar gedirmi?!
Gündəlik elanlar onların deyil,Təzə mövzuları yoxdur onların.Təltiflər, fərmanlar onların deyil,Bayram arzuları yoxdur onların.
Fəqət, o dahilər könül oxşayır,Əsrlər adlayan əsərləriylə.Sən ey mətbuatdan gileyli şair,Nə coş, nə üz-göz ol, nə qəhər eylə!
Qəzetdə, jurnalda şerimiz çıxır.Bu dövran bizimdir, bu fürsət bizim.
Yazımız çıxınca, xeyrimiz çıxır,Sabahsa nə jurnal, nə qəzet bizim!
Hər gün üz tuturuq saysız yerlərə,Hər yerdə vurulur bizə çəpik də.Misli görünməyən cəvahirlərə,Dahilər almadı qara qəpik də.
Sənət bir bədii gözəllik kimi,Sənətkar ilhamı xalqa xitabdır,Gündəlik yazılar gündəlik kimiSabah oxunacaq, qalan kitabdır...
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-gundelik-yazilar
Use ← → keys to move, R for a random poem
More by this author
Bu nə yoldu, Daşnak yolu,*Hər dərəsi qanla dolu,*
Heç kəsinVerdiyim sözdən uzaq qaçmamışam,Böhtan, uydurma, yalan saçmamışam.
Unudulmuş unudulmaz sözlərMənim gözəl dilimin, hər gözəl, hər incə sözüDilimdə türkülənir, könlümün gülünçə gözü.
Bu dünyada ölüm varBu dünya gidi röyə,Nə cəfa, nə zülüm var!
Poems by other poets
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
BuludlarLermontovdan iqtibas*Ey lacivərd göylərin əbədi yolçuları,