Unudulmuş unudulmaz sözlər
Mənim gözəl dilimin, hər gözəl, hər incə sözüDilimdə türkülənir, könlümün gülünçə gözü.
Mənim şeir dilimə bir yabançı söz girməz,Rəfiq Zəka o yasaq sözlərə könül verməz.
Ərəb yabançı mənə, fars yabançıdır, ancaqDolub yabançı, yasaq çırpılarla doğma ocaq.
Mən istərəm ki soyumdan qopub gələn sözlərOğuz dədəmlə bu varlıqda yüksələn sözlər.
Bugün dodaqlara qonsun, zaman-zaman dinsin,Duyub o sözləri coşduqca saz, kaman dinsin.
Çocuq, yabançı, yasaq, iştə, pək, əvət, mutlu,Yedək, diləkcə, güvənc, yavru, soy, ərən, kutlu.
Soyad, açıqlamaq, örpək, uçaq, ulus, türkü,Quzey, güney, doğu, özləm, durum, özək, ürkü.
Əruz yabançı deyildir, deyildir, iştə, görün:Məfailün fəilatün məfailün fəilün.
Əruzda türkü desin çağlayınca yurdaşlar.Bu gül kimi dilimizlə çiçəklənər daşlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-unudulmus-unudulmaz-sozler
Use ← → keys to move, R for a random poem
More by this author
İgid ərlər ölümdən qorxmayan ölməz ərənlərdir,İgid ərlər döyüşdə ad alıb da can verənlərdir.
Təbiət qarşısındaBöyüklər bir çocuqdur məhəbbət qarşısında,Cavahir qiymət almaz o sərvət qarşısında,
GözəlimGözlərin könlümə biganə kəsilmiş gözəlim,Yarışırsan qara sevdalı bir şairləmi sən?!
Ax, annə!..Gözündə şanlı yurdun,Gözəlliyə uyurdun,
Poems by other poets · Nature and spring
Abı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Yeddi aşıqOnlar yeddi aşıqdı,Ellərə yaraşıqdı.
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.