Könül sözlüyümdə ulus sözləri,Oxşayır yurdumla gülən gözləri,Açıq alınları, ağ bənizləriTürklüyə səsləyir sözlüyüm mənim.

Türkü çağıraram ana dilimdə,Dinləsin doğmalar doğma elimdə,Şimşəkdən qələmdir mənim əlimdəGerçəksevərliyim, düzlüyüm mənim.

Burax, yabançılar qınasın məni,Ərdəmli oğullar tanısın məni,Sınaqdan çıxanlar sınasın məni.Üzümdə olmayıb üzlüyüm mənim.

Çocuqkən duymuşam yurd, ulus nədir,Dədə Qorqud nədir, ud, qopuz nədir,Saz nədir, türkü nə, ay-ulduz nədir,Günəşdir gözümdə gözlüyüm mənim.

Kim bugün ağlayır o, bir gün gülər,Alçaqlar bağrını dələr süngülər,Bilir öz yurdumda özümünkülər,Bir özgə aləmdir özlüyüm mənim.

Buxarest, 1989

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland