Getdi o aypara mənim,Bulunarmı çaram mənim?Dərdim olmur aram mənim,Sim eyləyib yaram mənim,Ürəyimdə sim ağlayar.

Nə ömür, nə gün bilərəm,Hər gün fəğana gələrəm,Gözyaşlarımı silərəm,Kim nə bilər nə dilərəm,Mən ölmək üçün ölərəm,Hər zaman içim ağlayar.

Gözlərimdə çən ağlaram,Ürəyimdə sən ağlaram,Sormazsan, nədən ağlaram,

Saçlarımda dən ağlaram,Sənin üçün mən ağlaram,Mənim üçün kim ağlayar?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice