Canana mənim sevdiyimi can bilir ancaq,Könlüm diləyin dünyada canan bilir ancaq.

Bildim, tanıdım elmdə mə’budu, yəqin ki,Şöylə bilirəm kim, anı Qur’an bilir ancaq.

Abdal oluban bəylik edən arifi gör kim,Bu səltənətin qədrini sultan bilir ancaq.

Sufimidir ol cami-müsəffasına məşğul,Pünhani içər eylə ki, şeytan bilir ancaq.

Ey saqi, gətir dövr əyağını dövr eləsün kim,Bu dövr əyağın dövrünü dövran bilir ancaq.

Könlüm gəmisin qərq edə gör eşq dənizinəKim, bu dənizin bəhrini ümman bilir ancaq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love