Müşfiq küçəsində
Gənclər, qocalar nəşəli, Müşfiq küçəsində,Parlar bir ömür məşəli Müşfiq küçəsində.
Müşfiq küçəsində açılar nəğməli könlüm,Könlüm dəlidir, mən dəli, Müşfiq küçəsində.
Burda yaşamış, burda yaratmış iki ustad,Bir ev görürəm lövhəli, Müşfiq küçəsində.
İndi hanı Cəfər, hanı Müşfiq, hanı dağlar?Dağlar hanı, dağ cüssəli, Müşfiq küçəsində?!
Bir dadlı xəyal oldu, dumanlandı o illər,Bir xatirə var kölgəli, Müşfiq küçəsində.
Alqışlayır ellər ulu ustadları candan,Ellər nə qədər öfkəli, Müşfiq küçəsində.
Nakam Mikayıl Müşfiqin, əlbəttə ki bir günYüksəlməlidir heykəli Müşfiq küçəsində.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-musfiq-kucesinde
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim şeirlərimdən qopan, mənim səsimdir,Nə söylərəmsə, candan yüksələn həvəsimdir.
Dünya ulu dünyadırDünya evi, bir ev ki,Sönməz odudur sevgi,
Gözəl İzmir, gözəl BakıSevincimiz aşdı, daşdı,Xəyalımız dağlar aşdı,
Qardaş, olmazDuyğuları sazaq olan,Hissləri his-pasaq olan,
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,