Qardaş, olmaz
Duyğuları sazaq olan,Hissləri his-pasaq olan,Yaxınları uzaq olan,Qardaşına sirdaş olmaz.Olmaz, qardaş! Qardaş, olmaz!
Özündən bəhs edənlərdən,Bir ucdan üyüdənlərdən,Öz xeyrini güdənlərdən,Əyri yolla gedənlərdən,Yoldaşlara yoldaş olmaz.Olmaz, qardaş! Qardaş, olmaz!
Eliylə vəcdə gəlməyən,Ocağıyla yüksəlməyən,Ana dilini bilməyən,Xəcalətindən ölməyən,Adamlardan yurddaş olmaz.Olmaz, qardaq! Qardaş, olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-qardas-olmaz
Use ← → keys to move, R for a random poem