Sən sevgiyə gerçəkdə bir əfsanə deyirsən,Sənsiz yaşamaq ölməyə bənzər, nə deyirsən?!Candan keçən aşiqlərə divanə deyirsən,Sənsiz yaşamaq ölməyə bənzər, nə deyirsən?!

Gerçək də, gülüm, sevgidir, əfsanə də sevgi,Güllər açılar, parlasa viranədə sevgi,Sənsiz nə könül var, nə ömür var, nə də sevgi,Sənsiz yaşamaq ölməyə bənzər, nə deyirsən?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love