Yadigar kimi
Gəldin xəzanlı ömrümə bir gün bahar kimiCanlandı laləzar kimi ruhumda şəfqətin.
Gördüm ki, ülfətində görünmür sədaqətin,Yaşlandı gözlərimdə sevincin qübar kimi.
Getdin, xəyala döndü xəyalımda surətin,Ulduzlar odlanıb başıma yağdı qar kimi.
Mən oldum ixtiyar kimi, sən bəxtiyar kimi,Çağlar, atar damar kimi qəlbimdə həsrətin.
Bağrım məzar kimi, nəfəsim ahu-zar kimi,Şimşəklənib gömüldü qaranlıqda vüslətin.
Sənsiz davam edən o davamsız məhəbbətinÇıxmaz, canım çıxınca canımdan azar kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-yadigar-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim gözəl dilimin, hər gözəl, hər incə sözüDilimdə türkülənir, könlümün gülünçə gözü.
Bu dünyada ölüm varBu dünya gidi röyə,Nə cəfa, nə zülüm var!
Bilənmi varDünyaya gələndə gülən olmayıb,Gedənin dadına gələn olmayıb,
Uğradım çox ölkəyə, şairləri çox dinlədimUğradım çox ölkəyə, şairləri çox dinlədim,Şeir dünyasındakı mahirləri çox dinlədim.
Poems by other poets · Nature and spring
چنین مخمور و مستی را مِیِ دیگر نمیباید
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Xəzərə xitabYenə bu gecə də keçdi yandan,Gözümdə yuxu yox, yenə bidaram.