Nə gözəl konuşur türk gözəlləri
Gözəl Türkiyənin gözəl qızları,Yer uldazlarıdır, yer ulduzları.
Gecələr Ay olar onlara heyran,Gündüzlər onlardır günəşə seyran.
Duyğuları incə, sözləri incə,Əməlləri incə, özləri incə.
Könüllər oxşayar dadlı dilləri,Nə gözəl konuşur türk gözəlləri.
Gözəl İstanbulun gözəlliyindən,Əbədiliyindən, əzəlliyindən.
İlhama gələrlər, şairlənərlər,Göyə ucalarlar, yerə enərlər.
Ürəklər alovlu, üzlər mehriban,Baxışlar mehriban, gözlər mehriban.
O gözlər andırar gözəl gölləri,Nə gözəl konuşur türk gözəlləri.
Onların səsinə uymamaq olmaz,Canlı inciləri duymamaq olmaz.
Türlü xarüqədir, türlü sehrdir,Musiqi şəklində olan şeirdir.
Sədəflə süslənən qönçə dodaqlar,İçində yaşamaq zövqünü saxlar.
Sanki sədalanır qönçə gülləri,Nə gözəl konuşur türk gözəlləri.
Gəzdim başdanbaşa sevgili yurdu,Hər yerdə bir gözəl önümdə durdu.
Görüb də sevməmək mümkün deyildir,Onlar bər-bəzəyə düşgün deyildir.
Candan sevdikləri yurddur, ulusdur,Ruhları tanburdur, sazdır, qopuzdur.
Bir türkü söyləyir könül telləri,Nə gözəl konuşur türk gözəlləri.
Səslər dalğa-dalğa nəvalanmada,İçimdə dərdlərim dəvalanmada.
Sanki insan deyil, mələk səsidir,Dünyanın ən ülvi musiqisidir.
Bu nə möcüzədir, ah, nə bilim də,Mənim ürəyimcə, mənim dilimdə.
Səslər gözəlliyə saysız elləri,Nə gözəl konuşur türk gözəlləri!..
Ankara, 1988
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-ne-gozel-konusur-turk-gozelleri
Use ← → keys to move, R for a random poem
More by this author
Sən ey yabançı, konuşma, yabançısan bizə, sus!Sənin başında nə türkü, nə saz, nə yurd, nə ulus!
Göy söyüdHəsrətimdən göyərmişəm göy söyüd,Umacağım göyün yeddi qatında.
Getməz, qardaşımDərdli xalqın dərdi bitməz, qardaşım,Kimsə yetməz dada, yetməz, qardaşım!
QocalarKim deyir, qocalıq ucalıq deyil,Qocalıq ucaldar mərdi həyatda,
Poems by other poets
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,