Nailəmə

Gülüm, mən öləndə qara bağlama,Qara çərçivəyə alma şəklimi.Xəzana uğradım deyə ağlama.Xəzələ bürünən bir çiçək kimi.

Qara qəlbliləri qoyma sevinsin,Qaralma önündə qara üzlərin.Könlümün odunu duyub isinsinGözümün işığı qara gözlərin.

Səsimi eşitmək istədiyin gün,Varaqla birini kitablarımdan.Görməmək, duymamaq məni nə mümkünMənim sözlərimdən, xitablarımdan?!

Könlümün dünyası şeirlərimdir,Ordadır çeşidli ovqatım mənim.Ömrümün aynası şeirlərimdir,Ordadır min dürlü sovqatım mənim.

Aydanım, Xəndanım qoyma sıxılsın,Qıyma ürəkləri boyansın qana.Qoyma çocuqlarım yanıb yaxılsın.Atasız ocaqda atadır ana.

Ürəyim dursa da, mənliyim durarÇay kimi durmayan kəlmələrimdə,Qəmli durmasanız, şənliyim durarEfirdə durulan nəğmələrimdə.

Şairin həyatı bitməz qəbirlə,Dünyaya sığmayan qəbrə sığarmı?Mənsiz yer üzündə yaşa səbirlə,İtirib-axtaran gör məni varmı?

Ölər o şair ki, ondan əsər yox,Sən məni soraqla, ay qara gözlüm,Görsən ki, Zəkadan xəbər-ətər yox,Onda qara bağla, ay qara gözlüm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets