İnanc
Kim deyir ki bu varlıqdaBir gün varam, bir gün yoxam,Yox olsam da, yoxluğumlaYağılara doğru oxam.
Dəysə də bir xətər mənə,Dostlar ağı ötər mənə,Öz ulusum yetər mənə,Könlü geniş, gözü toxam.
Sevdim türkü qoşanları,Yurd eşqiylə coşanları,Dilimdə konuşanlarıSəsləyərəm, sayı çoxam.
Heyranıyam qoçaqların,Kərəm kimi qaçaqların,Gərək bütün xıncaqlarınBağrını yandırıb yaxam.
Bax könlümün həvəsinə,Diləyimin cilvəsinə,Savalanın zirvəsinəSancağımı gərək taxam.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-inanc-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Şerin sirri açılar bəlkə azacıq ona!
Qaş incə bəzəkdirQaş incə bəzəkdir,Gözsüz qaşa bir kimsə vurulmaz!
İyilikKim yamanlıq dilədi, mən iyilik etdim ona,İyilik etdim, iyi olmağı öyrətdim ona.
Arkadaş, dinlə könül sözlərimiArkadaş, dinlə könül sözlərimi,Qopsa tufan, qapamam gözlərimi,