Gözəlim Ay, bu gecə solğunsan,Ürəyin yaşla dolub, dolğunsan.

Sarı bir gül kimi çox səksəkəli,Duru bir göl kimi çox durğunsan.

Uyuyur yer, uyuyur göy, uyuyur,Bir qədər sən də uyu, yorğunsan.

Ey Füzuli, günəşin Leylisi,Şerə Məcnun kimi sən vurğunsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets