Gülüm, sənin kimi sevimli gül yox,Sevincli bir qönçə yox sənin kimi.Sənin könlün kimi incə könül yox,Çox da ki dadlı qız çox sənin kimi.

Gözəllik aləmi gülər üzündə,Gül üzün ömrümcə seyrim olaydı.Nolaydı ömrümcə bu yer üzündəMənim sənin kimi şerim olaydı.

Başqa bir gözəldə mənim gözüm yox,Olsan da ən əziz düşmənim kimi.Mənim sənin kimi gülə sözüm yox,Sən sevə biləydin, kaş, mənim kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets