Şanlı ustadlarındır nə varsa yaddaşımda,Saysız incilərini saxlayıram başımda.

Bu incilərin ömrü işıq ömründən uzun,Zaman-zaman parlayar duyğumda, təlaşımda.

Dilimin əzbəridir ərənlərin adları,Bu gerçəkdir söyləyər yarım da, yoldaşım da.

Yurd uğrunda can verən o ulu yurddaşlarınXəyalıdır titrəyən daima göz yaşımda.

Onların sərvətidir ömür sərvətim mənim,Onlardır ziynətim də, incim də, daş-qaşım da

Bu tükənməz xəzinəm çocuqlarıma keçsə,Gül açar diləklərim torpağımda, daşımda...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland