Ulusum böyükdür, yurdum böyükdür
Günəş görünsə də bir damla suda,Ən dərin, ən böyük dəryaya sığmaz.
Yurd, ulus sevgisi qəlbə sığsa da,Dünyadan genişdir, dünyaya sığmaz.
Dünya parça-parça, bölük-bölükdür,Ulusum böyükdür, yurdum böyükdür!
Böyükdür o yurd ki, Odlar yurdudur,Yaşayır, parlayır, neçə min ildir.
Bu yurdu ucaldan ulus ordudur,Hər böyük görünən böyük deyildir.
Böyük var kiçiklər boynuna yükdür,Ulusum böyükdür, yurdum böyükdür!
İrilər dəm vurur böyüklüyündən,İrilər yanında mən neçin susum?!
Könül böyüklüyü duyduğu gündən,Duyub ki, böyükdür yurdum, ulusum.
Ərənlər yolundan dönən dönükdür,Ulusum böyükdür, yurdum böyükdür!
Ey mənim yurddaşım, ey ulusdaşım!Ulus türküsüylə titrəyir ocaq.
Göylərə ucalır torpağım, daşım,Alçalar ulusu duymayan alçaq.
Yurdu qanmayanın beyni çürükdür,Ulusum böyükdür, yurdum böyükdür!
Nizami, Füzuli, Cavid, ÜzeyirBöyüklər gözündə böyük deyilmi?!
O kəs ki, qanmayır musiqi, şeirMənliyi qurumuş kötük deyilmi?!
Kötükdür duyğusu, hissi kötükdür,Ulusum böyükdür, yurdum böyükdür!
Harda dilim varsa, orda elim var,Sancılıb sancağım ora əlimlə.
Geniş ürəyim var, günəş dilim var,Milyonlar aylanır günəş dilimlə.
Sönər o ulduz ki, nuru sönükdür,Ulusum böyükdür, yurdum böyükdür!
İstanbul, 1984
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-ulusum-boyukdur-yurdum-boyukdur
Use ← → keys to move, R for a random poem
More by this author
Sən mənim mənliyimi asdın amansızcasına,Yarılan bağrıma daş basdın amansızcasına.
Yad etBilməm, haraya üz tutum əfqanın əlindən,Ayrıldı əlim sən kimi cananın əlindən,
Bəzək-düzək istəməz binadan gözəl üzlərBəzək-düzək istəməz binadan gözəl üzlər,Sürmə nədir nə bilsin günəşlə dolu gözlər.
OxşamaGəlişin ürəksiz oldu,Görüşün sürəksiz oldu,
Poems by other poets · Homeland
Cəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,
عیش عیش ما باشد گر تو یار ما باشیمی دهی و می نوشی رازدار ما باشی
Şairlərə borcumuzBəxtiyar Vahabzadəyə*Arazın tikanlı məftillərdən
Məndən soruşGənc oxucum, yurdumuzun cəlalını məndən soruş,Cənubunu məndən soruş, şimalını məndən soruş.