Ey yurdum, ey canım, gözüm, ey mənliyim mənim,Ey yer üzündə mutluluğum, şənliyim mənim!

Seyr eylədim bu aləmi, gəzdim diyar-diyar,Avropa, Asya, Afrika, sezdim diyar-diyar.

Gördüm ki, bir diyarda sənin yox bərabərin,Duydum ki, könlümün gözüdür maviliklərin.

Ömrüm, günüm səninlə gülər, sən həyat dolu,Bəxt ulduzumsan, aynası bir kainat dolu.

Sən bir coşan dəniz kimi, bir damlanam sənin,Sevgim, özüm, qızım, atam, oğlum, anam sənin.

Eşqinlə çırpınan ulusum varlığındadır,Hər ziynətin şanı sənə oxşarlığındadır.

Kürlə Araz coşar sənin eşqinlə daima,Bir türkü söyləyir sənə od, yer, hava, səma.

Parlar günəşlə, ayla Xəzər, ay canım mənim,Aləmdir aləmin, ay Azərbaycanım mənim!

Sensiz, nə bayram olsa, olar eyni bir yasın,Tale zaman-zaman məni səndən ayırmasın!..

İtaliya, 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love