Unudulmaz
Dünyada bir fransız yoxKi fransızca bilməsin,Parisdə bir vicdansız yoxDilində vəcdə gəlməsin.
Mən bir italyan görmədimÖz dilinə yasaq olsun,Madriddə ispan görmədimÖz kökündən uzaq olsun.
Yunanlar doğma elindəCan deyib, can eşitmədə,Çocuqlar ana dilindəOrada dil-dil ötmədə.
Mən bir ərəb görmədim ki,Ərəb dilini bilməsin,Ərəbistanda dedim ki,Yadlar, səsinizi kəsin.
Öz dilində oxumayanBircə rus göstərin mənə,Hər kəs öz dilinə həyan.İndi də söz verin mənə.
Ana dilini bilməyənAzmı yekəbaşımız var?!Xəcalətindən ölməyənNeçə-neçə naşımız var!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-unudulmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Ulusun düşməninə əl çalan alçaqlardır,Yapalaqlarla düşüb alçalan alçaqlardır.
Həyat dolu insanlığın içindəHəyat dolu insanlığın içində,Biz ölümdən qorxmalıyıq neçin də?!
Ulu şairlərUlu sənət bir ocaqdır, sönə bilməz, yanacaq,Bir gülüstan ki, xəzan yelləri əssin, solmur.
Ey şairlərEy şairlər, şeirdirBu dünyada səcdəniz,
Poems by other poets
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı