Vardır
Sülhün yer üzündə ulu sirdaşları vardır,Hərbdaşlara meydan oxuyan marşları vardır!
Hərb başçıları çox da ki çox baş aparırlar,Sülh arzulayan başçıların başları vardır.
Dünyada silahlar çoxalır günbəgün, ancaqİnsanlığın ərdəmli silahdaşları vardır.
Bir bayrağın altında yığışmış gözəl eller,Ardında duran sevgili qardaşları vardır.
Yurd eşqinə çağlar bu uluslar gecə-gündüz,Can verməyə hazır neçə yurddaşları vardır.
Yoldan çıxa bilməz bu yola yolçu olanlar,Yoldaşların aslan kimi yoldaşları vardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-vardir-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.
GəlirMüjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.