Azmı tufanlara üz çevirdiyim,Quduz dalğalara köküs gərdiyim,Şeir dünyasına könül verdiyimDunyanı duyduğum andandır mənim.

Gözəllik önündə ruhum oynayıb,Parlaq incilərdən gözüm doymayıb,Ulu ustadlara qanım qaynayıb,Onlara uymağım qandandır mənim.

Yerim yer üzündə qürbət olanda,Bezməyin, söhbətim qeybət olanda,Neyləyim, yurduma həsrət olanda,Kainat başımda zindandır mənim.

Mənim gizlilik yox təbiətimdə,Açıqdır kinim də, məhəbbətim də,Ürək xiffətim də, can möhnətim dəÜrəkdəndir mənim, candandır mənim!

Varmı mənim qədər olan bağrı dağ,Bağrımın başında bitməz ağrı, dağ,Ulduzum Ağrıdağ, Ayım Ağrıdağ,Amansız dumanım ondandır mənim.

Qartallar ucalan yerdə tülkü yox,Sazımda, sözümdə yasaq türkü yox,Könlümdə, gözümdə qorxu-ürkü yox,Çünki ulu babam Vandandır mənim!

Olmaz yalan tarix, nəs il şöhrətim,Ulu Oğuzxandır nəsil şöhrətim,Uluslar bilir ki, əsil şöhrətimŞərəfdəndir mənim, şandandır mənim!

Özgürlük özlədim mən ömrüm boyu,Aradım havanı, torpağı, suyu,Köküm Türk köküdür, soyum Xan soyu,Adım Rəfiq Zəka Xəndandır mənim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets