Evimizdə bir kitab vardı,köhnə,vərəqləri sapsarı.Dağ cığırına bənzəyirdiyazıları.Anam açardı o kitabıkədərlənəndə.Anam örtərdi onu,könlü qubarlananda.Bir gün soruşdum:– Bu necə kitabdır, ana?Hər gün açırsan onu,hər gün baxırsan ona, –yana-yana?Anam dinmədi.Gözləri xeyli yol çəkdi.Mənə elə gəldi, bu ananam, bütün analardan göyçəkdi;anam, dünyada təkdi.Üzümə baxdı –diqqətlə, sorğuyla, sınaqla,dedi:– Mənə yadigardır bu kitabanamdan.Ona da anasından qalıb yadigar.Bir gün,əbədi ayrılanda biz,ağlama!Mənə yas saxlama!Ancaq, bir zamanonu gözdən salsan,o gündən yaz mənimölüm günümü.O gün mənə yas tut!Və unut.Yaşa, dilində,qulaqlarında sükut...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets