Saraya

Sən nə məhəbbətdən danışırsan,nə gündə üç yol deyirsən:başına dolanım.Ancaq gözlər danışa bilsəydibaxışlarını eşidərdi hamı:“Bir candır olanım,o da sənə qurban, qardaş”.Mən düşünürəm:niyə sənbu qədər kövrək,yumşaqürək,bu qədər ülfəti göyçək,rəftarı ipəkola-ola,ana oldunana nəfəsi duymamışbir oğula.Niyə səadət, sevincuzaq bulud kimikeçdi başının üstündənsalmadan bir damla belə.Niyə tale səbəbsizöcəşiradamla belə?!Dodaqlarımı yandırırbu sualların acısı,mənim əzizim,bircə qardaşınyaxşı bacısı.

fevral, 1962

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets